RU

Taker Karlson slavyan soyadlı idmançılara qarşı ayrı-seçkiliyi pisləyir...

Amerikalı jurnalist Taker Karlson ABŞ siyasətçilərinin Rusiyanı “nüvə silahına malik yanacaqdoldurma məntəqəsi” adlandıran bəyanatlarını kəskin tənqid edib.

SİA-nın məlumatına görə, bu cür fikirləri təbliğ edənlər arasında o, keçmiş senator Con Makkeynin adını çəkərək onu aşağı intellekt səviyyəsinə malik insan kimi xarakterizə edib.

Karlson qeyd edib ki, bu cür bəyanatlar Rusiya tarixi və mədəniyyətindən xəbərsizliyi nümayiş etdirir. O, bu fikri bölüşənlərin Lev Tolstoyun əsərlərini oxumağı təklif edib. Onun fikrincə, zəngin mədəni irsə malik, dünya siyasətində mühüm rolu olan bir ölkəni “yanacaqdoldurma məntəqəsi” adlandırmaq uzaqgörməzliyin əlamətidir.

Bundan əlavə, jurnalist idmançılara milli mənsubiyyətinə görə ayrı-seçkilik siyasəti ilə razılaşmadığını bildirib və idmançıların sadəcə slavyan soyadına malik olduqlarına görə məhdudlaşdırıldığı bir ölkədə yaşamaq istəmədiyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl jurnalist Sançes Amerika mediası ilə müqayisədə RT-də işləmək azadlığının daha çox olduğunu bildirmişdi.

Əli Babayev

Избранный
8
sia.az

1Источники