RU

Suqovuşanda məscid istifadəyə verilib, 100-ə yaxın insan ibadət edə biləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Suqovuşan kəndində istifadəyə verilən məsciddə eyni vaxtda 100-ə yaxın insan ibadət edə biləcək.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.
"Məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. İbadət ocağının daxilində xüsusi bəzək elementlərindən istifadə olunub, həyəti də yaşıllaşdırılıb".
Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ilin martında bu ibadət ocağının təməlqoyma mərasiminə qatılıb, 2025-ci il martın 18-də isə açılışında iştirak ediblər.
Daha çox foto burada: PhotoStock.Az
Избранный
6
5
oxu.az

6Источники