Keçən ilin iyun ayında Beynəlxalq Kosmik Stansiyaya (BKS) gələn NASA astronavtları Batç Vilmor və Sani Uilyams Baydenin siyasi qərarı ucabatından 10 ay kpsmosda qalmalı olub.
Yenisabah.az Fox News-a istinadla müsahibəsində xəbər verir ki, bunu "SpaceX"-in baş direktoru İlon Mask bildirib.
"Starliner Boeing" kosmik gəmisinin sınaq uçuşu çərçivəsində stansiyaya gələn NASA astronavtları Uilmor və Uilyamsın BKS-də cəmi 8 gün qalması nəzərdə tutulurdu. BKS-ə yaxınlaşma zamanı gəmi manevr mühərriklərində problemlər və xidmət modulunda helium sızması ilə üzləşib. Keçən il sentyabrın əvvəlində o, pilotsuz rejimdə BKS-dən ayrılıb və paraşüt sistemindən istifadə edərək avtomatik olaraq Nyu-Meksiko ştatında eniş edib.
"Biz astronavtları daha tez geri qaytarmağı təklif etdik. SpaceX onları bir neçə ay ərzində (Yerə) qaytara bilərdi. Bayden administrasiyasına təklif etdik, siyasi səbəblərdən bu təklif rədd edildi", - Mask deyib.
NASA-nın verdiyi məlumata görə, çərşənbə günü Roskosmos kosmonavtı Aleksandr Qorbunovla birlikdə SpaceX-dən Amerikanın təkrar istifadə oluna bilən kosmik gəmisi "Crew Dragon""" Meksika körfəzinə düşüb. Gəmi bir gün əvvəl BKS-dən ayrılıb. Orbitdə altı ay davam edən "Crew-92 missiyası çərçivəsində Qorbunov NASA astronavtları Nik Heyq, Buç Uilmor və Suni Uilyamsla birlikdə Yerə qayıdıb.
Telegram kanalımız