RU

Prezident İlham Əliyevin Suqovuşan və Həsənriz kəndinə səfəri Böyük Qayıdış prosesinin daha bir uğurlu mərhələsidir - Azər Qarayev

Bakı. Trend:

Prezident İlham Əliyevin Ağdərə rayonunun Suqovuşan və Həsənrizkəndinə tarixi səfəri Böyük Qayıdış prosesinin daha bir uğurlumərhələsidir.

Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.

"Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyatakeçirilən yenidənqurma və bərpa işləri Böyük Qayıdış proqramıçərçivəsində uğurla davam edir. Martın 18-də Prezident İlhamƏliyevin və Birinci xanım Mehriban Əliyevanın Ağdərə rayonununSuqovuşan və Həsənriz kəndlərinə səfəri bu prosesin tam sürətlədavam etdiyinin göstəricisidir. Prezident İlham Əliyev Həsənrizkəndində çıxışı zamanı bu torpaqların azad olunmasının tarixiəhəmiyyətini vurğuladı: "Həsənrizin azad olunmasının təməli məhzİkinci Qarabağ müharibəsi zamanı qoyulmuşdur. O vaxt artıqQarabağın böyük hissəsi işğalçılardan azad edilmişdir. İkinciQarabağ müharibəsindən sonra bir neçə əməliyyat nəticəsindəmövqelərimizi daha da yaxşılaşdırdıq ki, ən qısa müddət ərzində azitki verməklə bütün qalan yerləri də nəzarətə götürək". Dövlətbaşçısı Suqovuşan kəndində də çıxışı zamanı bu torpaqların azadedilməsinin önəmindən danışdı: "Bu kənd İkinci Qarabağmüharibəsinin ilk həftəsində işğalçılardan azad edilmişdir. Bu,bizim birinci əhəmiyyətli uğurlarımızdan, hərbi qələbələrimizdənbiri idi. Bildiyiniz kimi, 44 gün ərzində bizim Ordumuz, bütünSilahlı Qüvvələrimiz ancaq irəliyə gedirdi və hər bir kəndin, hərbir qəsəbənin azad olunması Ordumuza, bütün xalqımıza əlavə ruhverirdi. Özü də böyük yaşayış məntəqəsinin işğalçılardan azadedilməsi xüsusi əhəmiyyətə malik idi. Suqovuşan kəndi birinci kəndidi ki, işğalçılardan azad edildi". Ağdərə rayonunun hər ikikəndinin işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin önəmlianlarından olmuşdu", - A.Qarayev bildirib.

Onun sözlərinə görə, Böyük Qayıdış prosesi planlı şəkildə davametdirilir və artıq Ağdərə rayonunun müxtəlif kəndlərinə köçürülməişləri həyata keçirilir. Bu isə onu göstərir ki, Azərbaycan dövlətiişğaldan azad olunmuş ərazilərin bərpasını ən yüksək səviyyədə vəsürətlə reallaşdırır.

"Prezident İlham Əliyev Ağdərənin Suqovuşan kəndində yenisalınmış yaşayış kompleksinin açılışını da etdi. 370 nəfəri əhatəedən 90 ailə üçün nəzərdə tutulmuş bu yaşayış kompleksi BöyükQayıdış proqramının praktiki nəticələrindən biridir. Prezidentİlham Əliyev Suqovuşanda çıxışı zamanı vurğuladı ki, Suqovuşankəndinin strateji əhəmiyyəti Vətən müharibəsində mühüm rol oynayıb.Bu kəndin azad edilməsi nəticəsində Azərbaycanın mövqelərimöhkəmləndirilib və sonrakı döyüşlərdə əhəmiyyətli üstünlük əldəolunub", - o bildirib.

A.Qarayev qeyd edib ki, Həsənriz kəndində Novruz tonqalınınalovlandırması və Suqovuşanda yeni yaşayış kompleksinin istifadəyəverilməsi Böyük Qayıdış proqramının uğurla icra olunduğunu əyanişəkildə nümayiş etdirir. Bu mühüm addımlar, təkcə insanların doğmayurdlarına qayıdışı ilə məhdudlaşmır, həm də həmin ərazilərdə yenihəyatın qurulmasına xidmət edir.

"Azərbaycan dövləti işğaldan azad olunmuş torpaqlardagenişmiqyaslı bərpa və yenidənqurma işlərini həyata keçirir. ArtıqFüzuli, Şuşa, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl, Kəlbəcər vəAğdamda mühüm infrastruktur layihələri reallaşdırılıb, müasiryollar, elektrik və su təchizatı xətləri, sosial obyektlər,məktəblər və xəstəxanalar inşa olunub. Ağdərə rayonunda, o cümlədənSuqovuşan və Həsənriz kəndlərində aparılan quruculuq işləri buümumi strategiyanın ayrılmaz tərkib hissəsidir. Yeni yaşayışkompleksləri, kəndlərin yenidən salınması və müasir standartlaracavab verən sosial infrastrukturun qurulması Böyük Qayıdışproqramının mərhələli şəkildə davam etdirildiyini göstərir.Azərbaycan dövləti və xalqı Qarabağı və Şərqi Zəngəzuru dirçəltməkəzmindədir. Bu torpaqlar qısa müddətdə çiçəklənən bölgələrəçevrilib və çiçəklənməyə davam edəcək. Dövlət tərəfindən həyatakeçirilən strateji layihələr, “ağıllı kənd” və “ağıllı şəhər”konsepsiyaları, dayanıqlı infrastruktur layihələri bu ərazilərinuzunmüddətli inkişafını təmin edir", - o bildirib.

Politoloq vurğulayıb ki, bütün bu proseslər Azərbaycan xalqınınöz torpağına olan məhəbbətinin, dövlətin gücünün və liderliyintəntənəsidir.

"Böyük Qayıdış təkcə torpaqlara deyil, həm də ədalətə, tarixihaqqın bərpasına qayıdışdır. Bu gün isə artıq Qarabağda və ŞərqiZəngəzurda həyat yenidən canlanır, doğma yurdlara qayıdan insanlarüçün firavan və təhlükəsiz şərait yaradılır. Azərbaycan gələcəyəinamla baxır. Qarabağ və Şərqi Zəngəzur regionları tezliklə ölkəninən inkişaf etmiş, modern və cazibədar bölgələrinə çevriləcəklər. Butorpaqlar yalnız Azərbaycan üçün deyil, bütün region üçün sülh vəəməkdaşlıq məkanına dönəcək", - o bildirib.

Избранный
54
2
az.trend.az

3Источники