RU

“Santander” bankı Britaniyada filiallarının dörddə birini bağlayacaq

London, 20 mart, AZƏRTAC

“Santander” bankı Böyük Britaniyada 95 filialını bağlayacağını elan edib.

AZƏRTAC “BBC”yə istinadla xəbər verir ki, bu, 750 iş yerinin risk altında olması deməkdir. Bildirilib ki, müştərilər getdikcə daha çox onlayn bank xidmətlərindən istifadə edir və bu səbəbdən filialların bağlanmasına iyun ayından etibarən başlanacaq. Bundan əlavə, 36 filialın iş saatları azaldılacaq, 18 filialda kassalar ləğv ediləcək.

“Santander” filial bağlanacağını elan edən sonuncu bankdır. Yanvar ayında “Lloyds” bankı 136 filialı bağlayacağını açıqlamışdı. Bağlanmalardan sonra “Santander”in Britaniyadakı filiallarının sayı 444-dən 349-a düşəcək. Banka görə, filialları bağlanacaq bölgələrdə müştərilərə həftəlik olaraq kitabxana kimi ictimai yerlərdə xidmət göstərəcək 95 icma bankiri dəstək verəcək.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
16
1
azertag.az

2Источники