Futbol üzrə I Liqada mübarizə aparan MOİK-də yeni baş məşqçi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, "hərbçilər"ə bundan sonra Orxan Səfiyaroğlu rəhbərlik edəcək.
O, son vaxtlar komandada köməkçi-məşqçi funksiyasını yerinə yetirirdi.
35 yaşlı çalışdırcı vaxtilə AZAL, "Simurq", "Xəzər-Lənkəran", "Səbail" kimi klublarda forma geyinib. Bu, onun baş məşqçi qismində ilk işi olacaq. Komanda O.Səfiyaroğluna 2024/25 mövsümünün sonunadək tapşırılıb.
Qeyd edək ki, MOİK-in baş məşqçisi Qəzənfər Abbasov martın 18-də istefa verib. Hazırda "hərbçilər" 22 xalla 6-cı pillədə qərarlaşıblar.