RU

İstanbul bələdiyyəsi ilə bağlı yeni faktlar üzə çıxdı – VİDEO

Türkiyənin İstanbul şəhər bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində təhlükəsizlik orqanlarının keçirdiyi əməliyyatlar zamanı diqqətçəkən faktlar üzə çıxıb.
 
Bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
 
Korrupsiya əməliyyatı çərçivəsində saxlanılan iş adamı Ali Nuhoğlu və şəhər bələdiyyəsisinin mətbuat xidmətinin rəhbəri Murat Onqunun köməkçisi Emrah Bağdatlının evində tapılan külli miqdarda pulun görüntüləri yayılıb.
 
Haqqında saxlanılma qərarı verilənlərdən biri də Ali Nuhoğludur. Onun evində axtarış zamanı külli miqdarda (40 milyon lirə) pul aşkar edilərək, müsadirə olunub. Nuhoğlu saxlanılanlar arasında olsa da, Bağdatlının İstanbul şəhər bələdiyyəsindəki dünənki əməliyyatlardan bir neçə gün əvvəl ABŞ-yə qaçdığı açıqlanıb.
 
Xatırladaq ki, Türkiyənin hüquq-mühafizə orqanları dünən İstanbul bələdiyyəsində əməliyyat keçirib. Əməliyyat çərçivəsində İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu və bələdiyyənin 100 əməkdaşı saxlanılıb. Onlar terror təşkilatına yardım və rüşvətxorluqda ittiham edilir.
 
Əməliyyatın videogörüntüsü:

Избранный
13
2
moderator.az

2Источники