RU

Dünyanı silkələyən qərardan sonra NEFT DƏ UCUZLAŞDI

Londonun ICE birjasında "Brent" markalı neftin qiyməti 26 aprel 2021-ci ildən bəri ilk dəfə olaraq bir barel üçün 64 dollardan aşağı düşüb.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bakı vaxtı ilə saat 2:09-a olan məlumata görə, 2025-ci ilin iyun ayı üçün "Brent" markalı neftin fyuçerslərinin qiyməti 2,41% azalaraq 63,97 dollar/barelə düşüb.

Martın birinci yarısında "BCS World of Investments"in birja eksperti Lyudmila Rokotyanskaya bildirib ki, "Brent" markalı neftin qiyməti 2025-ci ildə bir barel üçün 60-65 dollara düşə bilər.

Səbəb OPEC+-dan kənar ölkələrdən hasilatın artması, həmçinin 2025-2026-cı illərdə neftə tələbatın artması ilə bağlı pessimist proqnozlardır.

Избранный
198
42
publika.az

10Источники