AZ

Berlində çoxmənzilli binada yanğın baş verib

Almaniyanın paytaxtı Berlində çoxmənzilli binada baş verən yanğın nəticəsində 16 nəfər yaralanıb.

Day.Az xəbər verir ki, bu barədə Berlin Yanğınsöndürmə Xidməti məlumat yayıb.

 

Qurumun rəsmi açıqlamasına görə, yanğın Berlinin Kroytsberq rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzildə başlayıb. Hadisə nəticəsində 15 nəfər yüngül, 1 nəfər isə ağır xəsarət alıb.

Yanğının söndürülməsi və sakinlərin təxliyəsi üçün təxminən 70 yanğınsöndürən cəlb edilib. Yaralılardan dördü xəstəxanaya yerləşdirilib. Hazırda yanğının səbəbi araşdırılır.

Seçilən
36
50
day.az

10Mənbələr