ABŞ-nin Kolorado ştatında yerləşən Denver Beynəlxalq Aeroportunda "Boeing 737” təyyarəsinin göyərtəsində baş verən yanğın nəticəsində 12 nəfər xəsarət alıb.
Bu barədə CNN xəbər verir.
Məlumata görə, onlar xəstəxanalara yerləşdirilib.
Bildirilib ki, aeroportda "American Airlines” təyyarəsində tüstülənmə baş verib, daha sonra bu, yanğına çevrilib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə sərnişinlərin təyyarəni tələsik tərk etdiyi görünür. Şahidlərin sözlərinə görə, yanğının səbəbi reaktiv yanacağın alışması olub.