AZ

Uludağda hoteldə baş verən yanğın söndürülüb YENİLƏNİB-2

İstanbul, 27 mart, Günel Karatepe, AZƏRTAC

Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən hoteldə baş vermiş yanğın söndürülüb.

AZƏRTAC xəbər verir ki, yanğın zamanı 2 nəfərin öldüyü bildirilir. Yanğının səbəbləri məlum deyil.

09:52

Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən hoteldə baş vermiş yanğın söndürülüb.

AZƏRTAC xəbər verir ki, hadisə zamanı binada 12 nəfərin olduğu, onlardan üçünün huşsuz halda çıxarılaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

Xatırladaq ki, turizm fəaliyyəti göstərməyə dair sənədi olmadığı üçün yanvar ayında hotelin bağlanılmasına qərar verilib.

09:26

Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən hotellərdən birində baş verən yanğın nəticəsində, ilkin məlumata görə, bir nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Mustafa Bozbey bildirib.

Yanğının qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir.

Qeyd edək ki, turizm fəaliyyəti göstərməyə dair sənədi olmadığı üçün yanvar ayında hotelin bağlanılmasına qərar verilib.

Seçilən
31
50
azertag.az

10Mənbələr