Rusiya yaxın bir neçə gün ərzində ABŞ nümayəndələri ilə təmasların olmasını istisna etmir.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu gün Ciddə görüşlərindən sonra verdiyi açıqlamada bildirib ki, ABŞ və Rusiya arasında Ukraynada sülh danışıqları ilə bağlı görüş keçiriləcək.
Turan İSMAYIL