AZ

“ABŞ nümayəndələri ilə görüş mümkündür”

Rusiya tərəfi yaxın günlərdə ABŞ nümayəndələri ilə təmasların mümkünlüyünü istisna etmir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Biz yaxın bir neçə gün ərzində ABŞ nümayəndələri ilə təmasları istisna etmirik”, - Zaxarova vurğulayıb.

Bu açıqlama ABŞ Prezidenti Donald Trampın ABŞ və Rusiyanın martın 11 və ya 12-də Ukraynada sülhə dair danışıqlar aparacağını bildirməsindən sonra verilib.

Qeyd edək ki, martın 11-də Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar olub. Görüş doqquz saat davam edib.

Seçilən
11
6
qafqazinfo.az

7Mənbələr