AZ

Zaxarova yaxın günlərdə ABŞ nümayəndələri ilə görüşün olacağını istisna etməyib

“Rusiya yaxın bir neçə gün ərzində ABŞ nümayəndələri ilə görüşlərin olmasını istisna etmir.”

APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

ABŞ prezidenti Donald Trampın Vaşinqtonun Rusiya tərəfi ilə bu gün və ya sabah görüşmək niyyətində olduğu ilə bağlı dediklərinə münasibət bildirən Zaxarova "Biz yaxın bir neçə gün ərzində ABŞ nümayəndələri ilə görüşləri istisna etmirik", - deyə açıqlama verib.

Qeyd edək ki, Tramp həmçinin Ukrayna ilə bağlı vəziyyəti müzakirə etmək üçün yaxın bir neçə gün ərzində Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırdığını da demişdir.

Seçilən
26
6
apa.az

7Mənbələr