Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Ukrayna ətrafındakı vəziyyətimüzakirə etmək üçün yaxın bir neçə gün ərzində Rusiya prezidentiVladimir Putinə zəng etməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti jurnalistlərəAğ Evdə bildirib.
"Mən Vladimir Putinlə danışacam", - deyə Tramp CiddədəABŞ-Ukrayna danışıqlarının nəticələrini şərh edərkən deyib.
Bu həftənin sonunda V.Putinlə danışmağı planlaşdıracağınısualına Tramp belə cavab verib: “Düşünürəm ki, bəli”.