Ukraynada atəşkəs ideyasını müzakirə etmək üçün ABŞ Prezidenti Donald Trampa zəng edə bilərəm.
Bakıvaxtı.az xəbər verir verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə birgə mətbuat konfrasında deyib.
“İdeya özlüyündə düzgündür və biz sözsüz ki, onu dəstəkləyirik. Lakin müzakirə etməli olduğumuz məsələlər var. Hesab edirəm ki, biz amerikalı həmkarlarımız, tərəfdaşlarımızla danışmalıyıq. Ola bilər ki, prezident Trampa zəng edək", - deyə Kreml rəhbəri bildirib.