Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla Ukraynada atəşkəs ideyasını müzakirə etməyi istisna etməyib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin bildirib ki, Rusiya bu məsələdə amerikalı tərəfdaşları ilə danışıqlar aparmalıdır.
“Bəlkə mən prezident Trampa zəng edib bu məsələni onunla müzakirə edim?”, – dövlət başçısı Belarus prezidenti Aleksandr Lukaşenko ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Moskva Ukraynadakı münaqişənin sülh yolu ilə dayandırılması ideyasını dəstəkləyir.
Bundan əlavə, Putin Ukraynadakı vəziyyətin həllinə göstərdiyi diqqətə görə Trampa təşəkkür edib .
Xatırladaq ki, martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Görüşdən sonra Ukrayna ABŞ-ın 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bəyan edib. Vaşinqton bu məlumatı Moskvaya ötürərək vurğulayıb ki, sülhün açarı bu məsələdə qarşılıqlılıqdır./Publika.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta