Kişi basketbolçular arasında Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.
İdman.biz xəbər verir ki, mərhələnin son günündə iki matç baş tutacaq.
Hər iki görüş Bakı İdman Sarayında keçiriləcək. “Sərhədçi” “Gəncə” ilə üz-üzə gələcək. “Sabah isə “Neftçi”ni sınağa çəkəcək.
Qeyd edək ki, 1/4 finalın dünən keçirilən oyunlarında NTD və “Naxçıvan” yarımfinala yüksəlib.
Azərbaycan kuboku
1/4 final
12 mart
16:00. “Sərhədçi” – “Gəncə”
Bakı İdman Sarayı
19:00. “Sabah – “Neftçi”
Bakı İdman Sarayı
İdman.biz