Kişilər arasında təşkil olunmuş basketbol üzrə Azərbaycan Kubokunda bu gün 1/4 final mərhələsinə yekun vurulub.
Arena.az xəbər verir ki, mərhələnin son günündə iki qarşılaşma baş tutub.
Hər iki görüş Bakı İdman Sarayında keçirilib. “Sərhədçi” “Gəncə” ilə üz-üzə gəlib. Görüş ikincilərin qələbəsi ilə başa çatıb. “Gəncə” mübarizəni yarımfinalda davam etdirəcək.
“Sabah” isə “Neftçi”ni sınağa çəkib. Son iki mövsümün çempionu gözlənilmədən uduzub.
Xatırladaq ki, 1/4 finalın dünən keçirilmiş oyunlarında NTD və “Naxçıvan” komandaları da basketbol üzrə Azərbaycan Kubokunda yarımfinala yüksəlmişdilər.
Azərbaycan Kuboku
1/4 final
12 mart
“Sərhədçi” – “Gəncə” 89:94 (22:25, 21:29, 16:20, 30:20)
Bakı İdman Sarayı.
“Sabah – “Neftçi” 81:85 (21:17, 21:32, 16:21, 23:15)
Bakı İdman Sarayı.