Kişi basketbolçular arasında Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, mərhələnin son günündə iki matç baş tutub.
Hər iki görüş Bakı İdman Sarayında keçirilib.
“Sərhədçi” “Gəncə” ilə üz-üzə gəlib. Görüş ikincilərin qələbəsi ilə başa çatıb. “Gəncə” mübarizəni yarımfinalda davam etdirəcək.
“Sabah" isə “Neftçi”ni sınağa çəkib. Son iki mövsümün çempionu gözlənilmədən uduzub.
1/4 finalın dünən keçirilən oyunlarında NTD və “Naxçıvan” yarımfinala yüksəlib.
"Sərhədçi” – “Gəncə” - 89:94 (22:25, 21:29, 16:20, 30:20)
Bakı İdman Sarayı
"Sabah – “Neftçi” - 81:85 (21:17, 21:32, 16:21, 23:15)
Bakı İdman Sarayı