AZ

Azərbaycan Avropaya qaz ixracını azaldıb - Rəqəmlər

Bu il Azərbaycanda təbii qaz hasilatı və satışı azalıb.

 

Sfera.az Energetika Nazirliyinin açıqladığı məlumatlara istinadən bildirir ki, 2025-ci ilin yanvar-fevral aylarında ölkədə 8,1 milyard kubmetr təbii qaz hasil edilib.

 

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon kubmetr azdır.

 

Qazın 2,2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 4,3 milyard kubmetri “Şahdəniz”in, 0,3 milyard kubmetri “Abşeron” yatağının, 1,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

 

Yanvar-fevralda xaricə qaz satışı 3,8 milyard kubmetr təşkil edib. Bundan 1,9 milyard kubmetr Avropaya, 1,4 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 0,9 milyard kubmetr), 0,5 milyard kubmetr Gürcüstana satılıb.

 

Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövründə qaz satışı 4,1 milyard kubmetr təşkil etmişdi. Ötən ilin yanvar-fevral ayları ərzində Avropaya 2,1 milyard kubmetr, Türkiyəyə 1,4 milyard kubmetr, Gürcüstana isə 0,6 milyard kubmetr qaz satılıb.

 

Bu müddətdə Türkiyəyə TANAP-la 0,8 milyard kubmetr qaz nəql olunub.

 

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 mart 2025-ci il tarixinədək 653,5 milyon tona yaxın neft (kondensatla birlikdə), 473,1 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 604,2 milyon ton neft, 232 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 49,3 milyon tona yaxın kondensat, 241,1 milyard kubmetr qaz çıxarılıb. Bundan 1 mart tarixinədək 651,5 milyon ton neft və 172,8 milyard kubmetr qaz ixraca olunub.

 

Firuzə Əliyeva

Seçilən
0
8
sfera.az

10Mənbələr