AZ

Bu ilin iki ayında neft hasilatı 6,25 faiz azalıb

Cari ilin yanvar-fevral aylarında respublikada 4,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,25 faiz azalma deməkdir.

Energetika Nazirliyindən FED.az-a bildirilib ki, hasilatın 2,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,6 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,1 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,2 milyon ton təşkil edib.

İki ay ərzində 3,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 3,2 milyon tonu konsorsiumların, 0,4 milyon tonu SOCAR-ın, 0,1 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.

Qeyd edək ki, cari ilin fevral ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 77,5 min ton (584 min barel) olub. Bunun 63,1 min tonunu (465 min barel) xam neft, 14,4 min tonunu (119 min barel) kondensat təşkil edib.

Bu dövrdə neftin emalı 1,2 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz və ya 0,1 milyon ton çoxdur.

 

Seçilən
1
6
fed.az

10Mənbələr