Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 1,2 milyon ton neftemal edilib.
Trend bubarədə Energetika Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə100 min ton və ya 9,1% çoxdur.
Belə ki, keçən ilin yanvar-fevral aylarında ölkədə neftin emalı1,1 milyon tona yaxın təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında respublikada 4,5milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 2,6milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,6 milyon tonu (kondensat)“Şahdəniz”in, 0,1 milyon tonu (kondensat) “Abşeron” yatağınınpayına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,2milyon ton təşkil edib.
İki ay ərzində 3,7 milyon ton neft (kondensatla birlikdə) ixracanəql olunub. Bunun 3,2 milyon tonu konsorsiumların, 0,4 milyon tonuSOCAR-ın, 0,1 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.
Cari ilin fevral ayında gündəlik neft (kondensatla birlikdə)hasilatı 77,5 min ton (584 min barrel) olub. Bunun 63,1 min tonunu(465 min barrel) xam neft, 14,4 min tonunu (119 min barrel)kondensat təşkil edib.