AZ

“Şahdəniz”dən hasil edilən kondensatın həcmi 15%-ə yaxın azalıb

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında “Şahdəniz”yatağından 600 minton hasil kondensat hasil edilib.

Trend bubarədə Energetika Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin yanvar-fevral ayları iləmüqayisədə 100 min ton və ya 14,3% azdır.

Belə ki, ötən ilin eyni dövründə “Şahdəniz”yatağından 700 minton kondensat hasil edilib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında respublikada 4,5milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 2,6milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,1 milyon tonu (kondensat)“Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatlabirlikdə) hasilatı 1,2 milyon ton təşkil edib.

Seçilən
14
2
az.trend.az

10Mənbələr