AZ

“Abşeron” yatağından kondensat hasilatı artıb

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında “Abşeron” yatağından 100 minton kondensat hasil edilib.

Trend bubarədə Energetika Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin yanvar-fevral ayları iləmüqayisədə 4 min ton və ya 4,2% çoxdur.

Belə ki, ötən ilin eyni dövründə “Abşeron” yatağından 96 min tonkondensat hasil edilib.

Qeyd edək ki, bu dövrdə “Abşeron” yatağından 300 milyon kubmetrtəbii qaz hasil edilib ki, bu da, illik müqayisədə dəyişməyib.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında respublikada 4,5milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 2,6milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,6 milyon tonu (kondensat)“Şahdəniz” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatlabirlikdə) hasilatı 1,2 milyon ton təşkil edib.

Seçilən
25
2
az.trend.az

10Mənbələr