AZ

Zaqatalada inkassator maşınının iştirakı ilə qəzada bir nəfər ölüb, 7 nəfər xəsarət alıb - FOTO

Zaqatalada ölümlə nəticələnən yol qəzasında 7 nəfər xəsarət alıb, onlardan ikisi azyaşlıdır.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza nəticəsində 1987-ci il təvəllüdlü Zaqatala sakini Şəhla Məmmədova, azyaşlılar Murad Əliyev və Məhəmməd Əliyev, Zümrüd Əhmədova, 1996-cı il təvəllüdlü Şükür Allahverdiyev, 1980-cı il təvəllüdlü Elşən Süleymanov, 1978-ci il təvəllüdlü Səbuhi Əliyev xəsarət alıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

***

15.28

Zaqatalada yol qəzası baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Qax-Zaqatala avtomobil yolunda, rayonun Muxax kəndi ərazisində baş verib.

"Mercedes", "Niva" markalı minik avtomobilləri və "Ford" markalı inkassatorun toqquşması nəticəsində bir nəfər - "Niva"-nın sürücüsü, 1959-cu il təvəllüdlü Zaqatala rayonu Sabunçu kənd sakini Şəmsəddin Yunusov ölüb.

Bir neçə nəfərin isə yaralandığı bildirilir. Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Zaqatalada Zaqatalada
Seçilən
3
5
apa.az

6Mənbələr