AZ

Zaqatalada ağır qəza - ölən və yaralananlar var - FOTO

Zaqatalada yol qəzası baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə günorta saatlarında Qax-Zaqatala avtomobil yolunda, rayonun Muxax kəndi ərazisində baş verib.

"Mercedes", "Niva" markalı minik avtomobilləri və "Ford" markalı inkassatorun toqquşması nəticəsində bir nəfər - "Niva"-nın sürücüsü, 1959-cu il təvəllüdlü Zaqatala rayonu Sabunçu kənd sakini Şəmsəddin Yunusov ölüb, 1987-ci il təvəllüdlü Zaqatala sakini Şəhla Məmmədova, azyaşlılar Murad Əliyev və Məhəmməd Əliyev, Zümrüd Əhmədova, 1996-cı il təvəllüdlü Şükür Allahverdiyev, 1980-cı il təvəllüdlü Elşən Süleymanov, 1978-ci il təvəllüdlü Səbuhi Əliyev xəsarət alıb. 

Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

22
Seçilən
1
5
redaktor.az

6Mənbələr