Zaqatalada yol qəzası baş verib.
Viral.az APA-ya istinadla xəbər verir ki, hadisə günorta saatlarında Qax-Zaqatala avtomobil yolunda, rayonun Muxax kəndi ərazisində baş verib.
“Mercedes”, “Niva” markalı minik avtomobilləri və “Ford” markalı inkassatorun toqquşması nəticəsində bir nəfər – “Niva”-nın sürücüsü, 1959-cu il təvəllüdlü Zaqatala rayonu Sabunçu kənd sakini Şəmsəddin Yunusov ölüb. 1987-ci il təvəllüdlü Zaqatala sakini Şəhla Məmmədova, azyaşlılar Murad Əliyev və Məhəmməd Əliyev, Zümrüd Əhmədova, 1996-cı il təvəllüdlü Şükür Allahverdiyev, 1980-cı il təvəllüdlü Elşən Süleymanov, 1978-ci il təvəllüdlü Səbuhi Əliyev xəsarət alıb.
Son Yazılar:
- Zaqatalada ağır qəza – ölən və yaralananlar var
- Samuxda ustanı “tok” vurub ÖLDÜRDÜ
- İlham Əliyev BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibini qəbul etdi
Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.