AZ

Ağstafada dönərdən zəhərləndiyi güman edilənlərin sayı 10-a yüksəldi -YENİLƏNİB

Ağstafada dönərdən zəhərləndiyi ehtimal edilənlərin sayı 10-a çatıb.

Redaktor.az xəbər verir ki, zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılanlar bunlardır:

Ağstafa rayon sakinləri – A.O.E. (2021), Abbasova Nərmin Elvin qızı (2006), Məmmədli Mahirə Yavər qızı (1997), M.Z.H. (2020), Rəhimova Mehriban Vasif qızı (1971), S.H.C. (2008), S.G.C. (2015), Y.F.V. (2013), Rəhimova Həmayə Əbülfət qızı (1944), Əsədli Zaman Mehman oğlu (2004).

Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir 

Faktla bağlı araşdırma aparılır.

***

Ağstafada dönərdən zəhərlənən şəxslərin adları məlum olub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, zəhərlənən şəxslər rayon sakinləri 2021-cü il Ö.Abbasov, 2006-cı il təvəllüdlü N.Abbasova, 1997-ci il təvəllüdlü M.Məmmədli, 2023-ci il təvəllüdlü Z.Məmmədli, 1971-ci il təvəllüdlü M.Rəhimova, 2018-ci il təvəllüdlü H.Sadıqzadə,2015-ci il təvəllüdlü G.Sadıqzadə, 2013-cü il təvəllüdlü F.Yolçiyeva və 1944-cü il təvəllüdlü H.Rəhimovadır.

Hazırda zəhərlənən şəxslərə tibbi yardım göstərilir.

***

Ağstafada dönərdən kütləvi zəhərlənmə baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağstafa şəhərinin mərkəzində yerləşən dönərxanaların birində qeydə alınıb.

Belə ki, 8 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

Hazırda zəhərlənən şəxslərə xəstəxanada ilkin tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
59
6
redaktor.az

10Mənbələr