AZ

Ağstafada dönərdən zəhərləndikləri ehtimal olunanlar evə buraxılıblar - Yenilənib

Ağstafada dönərdən zəhərləndikləri ehtimal olunan sakinlər evə buraxılıblar...

“Report”un Qərb bürosunun məlumatına görə, Ağstafa Mərkəzi Rayon Xəstəxanasına qida zəhərlənməsi ilə müraciət edən 10 nəfərə zəruri tibbi yardım göstərilib daha sonra evə buraxılıblar.

Xatırladaq ki, zərərçəkənlərin Ağstafa şəhərində fəaliyyət göstərən kafelərin birindən alınmış dönərlərdən zəhərləndikləri ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

13.03.2024

Ağstafada dönərdən zəhərləndiyi ehtimal edilənlərin sayı 10-a çatıb.

Report"un Qərb bürosunun məlumatına görə, zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılanlar bunlardır:

Ağstafa rayon sakinləri – A.O.E. (2021), Abbasova Nərmin Elvin qızı (2006), Məmmədli Mahirə Yavər qızı (1997), M.Z.H. (2020), Rəhimova Mehriban Vasif qızı (1971), S.H.C. (2008), S.G.C. (2015), Y.F.V. (2013), Rəhimova Həmayə Əbülfət qızı (1944), Əsədli Zaman Mehman oğlu (2004).
Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir 
Faktla bağlı araşdırma aparılır.

***

Ağstafada dönərdən zəhərlənən şəxslərin adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, zəhərlənən şəxslər rayon sakinləri 2021-cü il Ö.Abbasov, 2006-cı il təvəllüdlü N.Abbasova, 1997-ci il təvəllüdlü M.Məmmədli, 2023-ci il təvəllüdlü Z.Məmmədli, 1971-ci il təvəllüdlü M.Rəhimova, 2018-ci il təvəllüdlü H.Sadıqzadə,2015-ci il təvəllüdlü G.Sadıqzadə, 2013-cü il təvəllüdlü F.Yolçiyeva və 1944-cü il təvəllüdlü H.Rəhimovadır.

Hazırda zəhərlənən şəxslərə tibbi yardım göstərilir.

***

Ağstafada 9 nəfər qidadan zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, üçü uşaq olmaqla 9 nəfər qida zəhərlənməsi ilə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Onların Ağstafa şəhər ərazisində fəaliyyət göstərən obyektlərin birindən aldıqları dönərdən zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Seçilən
55
6
poliqon.info

10Mənbələr