AZ

Ağstafada 8 nəfər dönərdən zəhərlənib VİDEO

Ağstafa, 13 mart, Ruslan Novruzoğlu, AZƏRTAC

Ağstafada dönərdən kütləvi zəhərlənmə baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə Ağstafa şəhərinin mərkəzində yerləşən dönərxanaların birində qeydə alınıb. 8 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

Hazırda zəhərlənən şəxslərə xəstəxanada ilkin tibbi yardım göstərilir. Faktla bağlı araşdırma aparılır.

Seçilən
55
12
azertag.az

10Mənbələr