AZ

Dövlət büdcəsindən təhsil xərclərinə 4 milyard 550 milyon manat vəsait ayrılıb - Baş nazir

Bakı. Trend:

Təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya vəproqramlar nəticəsində dövlət büdcəsindən təhsil xərclərinə 4milyard 550 milyon manat vəsait ayrılıb (artım 10,3%).

Trend xəbərverir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilənplenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyətihaqqında hesabatının müzakirəsi zamanı çıxışında deyib.

O bildirib ki, 2024-cü ildə investisiya xərcləri hesabına 57təhsil müəssisəsində tikinti işləri aparılıb.

“Ötən il işğaldan azad olunmuş ərazilərdə ilk ali təhsilmüəssisəsi - Qarabağ Universiteti fəaliyyətə başladı. Xankəndişəhərində yerləşən bu universitetdə hazırda 6 fakültə var, 27ixtisas üzrə 1154 nəfər tələbə təhsil alır və 160 nəfər çalışır”, -deyə Ə.Əsədov qeyd edib.

Məqalədə:
Seçilən
18
1
az.trend.az

9Mənbələr