AZ

Əli Əsədov: Keçən il dövlət büdcəsindən təhsil xərclərinə təqribən 4,5 milyard manat vəsait ayrılıb

Bakı, 14 mart, AZƏRTAC

Təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsil xərclərinə 4 milyard 550 milyon manat vəsait ayrılıb (artım 10,3 faiz).

AZƏRTAC xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 14-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı deyib.

Ə.Əsədov bildirib ki, 2024-cü ildə investisiya xərcləri hesabına 57 təhsil müəssisəsində tikinti işləri aparılıb.

“Xüsusi vurğulamaq istərdim ki, işğaldan azad olunmuş ərazilərdə ötən il ilk ali təhsil müəssisəsi - Qarabağ Universiteti fəaliyyətə başladı. Xankəndi şəhərində yerləşən bu universitetdə hazırda 6 fakültə var, 27 ixtisas üzrə 1154 tələbə təhsil alır və 160 nəfər çalışır”, - deyə Baş nazir əlavə edib.

Seçilən
12
5
azertag.az

9Mənbələr