Türkiyə kubokunda 1/4 final mərhələsi çərçivəsində "Fənərbaxça" "Qalatasaray"a rəqib olub.
Sportal.az TFF-yə istinadən xəbər verir ki, derbinin baş tutacağı tarix açıqlanıb.
"Fənərbaxça" - "Qalatasaray" matçı aprelin 2-si keçiriləcək. Görüşə Bakı vaxtilə saat 21:45-də start veriləcək.
Qeyd edək ki, 1/4 final mərhələsi matçı tək görüşdən ibarət olacaq və cavab görüşü olmayacaq.
Türkiyə Kuboku
1/4 final
1 aprel
21:30. "Konyaspor" - "İskəndərunspor"
2 aprel
18:45. "Trabzonspor" - "Bodrum"
21:45. "Fənərbaxça" - "Qalatasaray"
3 aprel
21:30. "Beşiktaş" - "Göztəpə"
saytlarin hazirlanmasi