AZ

“Fənərbaxça” – “Qalatasaray” derbisinin tarixi açıqlandı

Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsi çərçivəsində “Fənərbaxça” – “Qalatasaray”a rəqib olub.

Derbinin baş tutacağı tarix bəlli olub. Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

“Ülker Arena”da baş tutacaq “Fənərbaxça” – “Qalatasaray” matçı aprelin 2-si keçiriləcək. Görüş Bakı vaxtilə saat 21:45-də start götürəcək.

Qeyd edək ki, 1/4 final mərhələsi matçı tək oyundan ibarət olacaq və cavab matçı keçirilməyəcək.

Türkiyə Kuboku

1/4 final

1 aprel

21:30. “Konyaspor” – “İskəndərunspor”

2 aprel

18:45. “Trabzonspor” – “Bodrum”
21:45. “Fənərbaxça” – “Qalatasaray”

3 aprel

21:30. “Beşiktaş” – “Göztəpə”

Seçilən
0
6
tribunainfo.az

7Mənbələr