AZ

"Fənərbaxça" - "Qalatasaray" derbisinin tarixi açıqlandı

Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsi çərçivəsində "Fənərbaxça" - "Qalatasaray"a rəqib olub.

Modern.az xəbər verir ki, derbinin baş tutacağı tarix bəlli olub. Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

"Ülker Arena"da baş tutacaq "Fənərbaxça" - "Qalatasaray" matçı aprelin 2-si keçiriləcək. Görüş Bakı vaxtilə saat 21:45-də start götürəcək.

Qeyd edək ki, 1/4 final mərhələsi matçı tək oyundan ibarət olacaq və cavab matçı keçirilməyəcək.

Türkiyə Kuboku

1/4 final

 

1 aprel

21:30. "Konyaspor" - "İskəndərunspor"

2 aprel

18:45. "Trabzonspor" - "Bodrum"
21:45. "Fənərbaxça" - "Qalatasaray"

3 aprel

21:30. "Beşiktaş" - "Göztəpə"

Seçilən
0
6
modern.az

7Mənbələr