AZ

Rusiya Silahlı Qüvvələri Kursk vilayətində daha bir kəndi geri alıb

Rusiya Silahlı Qüvvələri Kursk vilayətinin Qonçarovka kəndinə nəzarəti ələ alıb.

Qaziler.az bildirir ki, bu barədə martın 14-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Şimal qüvvələri qrupunun bölmələri hücum əməliyyatları zamanı Qonçarovka yaşayış məntəqəsini azad edib", - idarənin məlumatında deyilir.

Bundan əlavə, Rusiya qoşunları Qoqolevka, Qornal, Quevo, Zaoleşenka, Zapselye, Oleşnya və Rubanşçina ərazilərində Ukrayna Silahlı Qüvvələrinin birləşmələrini darmadağın edib. Düşmənin bir əks hücumu da dəf edilib.

Müdafiə Nazirliyinin məlumatına görə, bir gündə Ukrayna ordusu 260-dan çox əsgər, beş zirehli transportyor, iki zirehli döyüş maşını, beş avtomobil və dörd artilleriya qurğusunu itirib.

Qeyd olunur ki, Kursk istiqamətində aparılan hərbi əməliyyatlar zamanı düşmənin itkiləri 67 410 nəfərdən çox olub. Ukrayna Silahlı Qüvvələrinin birləşmələrinin məhv edilməsi əməliyyatı davam edir.

QAZİLER.AZ

Seçilən
3
46
qaziler.az

10Mənbələr