Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, növbəti Böyük Dəbilqə turniri 21-23 mart tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək.
Operativ Media xəbər verir ki, Azərbaycan yarışda ümumilikdə 8 çəki dərəsində 12 cüdoçu ilə (8 kişi, 4 qadın) təmsil olunacaq.
Cüdoçulara mötəbər turnirdə böyüklərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik, qadınlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də yer alacaq.
Qeyd edək ki, üç gün davam edəcək turnirdə 53 ölkədən 417 idmançı (237 kişi, 180 qadın) iştirak edəcək.
Kişilər
-60 kq
Hüseyn Allahyarov
Murad Muradlı
-66 kq
Rəşad Yelkiyev
Nazir Talıbov
-73 kq
Rüfət Şövlətov
Qədir Hüseynov
-81 kq
Məhərrəm İmamverdiyev
-100 kq
Elmar Qasımov
Qadınlar
-52 kq
Aydan Vəliyeva
-57 kq
Fidan Əlizadə
-70 kq
Südabə Ağayeva
Günel Həsənli