AZ

Gürcüstandakı “Böyük Dəbilqə”də iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub

Bakı, 14 mart, AZƏRTAC

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.

Cüdo Federasiyasından AZƏRTAC-a bildirilib ki, ölkəmiz yarışda ümumilikdə 8 çəki dərəsində 12 cüdoçu ilə (8 kişi, 4 qadın) təmsil olunacaq.

Kişilərin mübarizəsində Hüseyn Allahyarov, Murad Muradlı (hər ikisi 60 kiloqram), Rəşad Yelkiyev, Nazir Talıbov (hər ikisi 66 kiloqram), Rüfət Şövlətov, Qədir Hüseynov (hər ikisi 73 kiloqram), Məhərrəm İmamverdiyev (81 kiloqram), Elmar Qasımov (100 kiloqram), qadınlarda isə Aydan Vəliyeva (52 kiloqram), Fidan Əlizadə (57 kiloqram), Südabə Ağayeva, Günel Həsənli (hər ikisi 70 kiloqram) qüvvəsini sınayacaq.

Cüdoçulara yarışda böyüklərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik, qadınlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Turnirin ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də yer alacaq.

Qeyd edək ki, martın 21-23-də təşkil olunacaq “Böyük Dəbilqə”də 53 ölkədən 417 idmançı (237 kişi, 180 qadın) iştirak edəcək.

Seçilən
12
6
azertag.az

7Mənbələr