Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bərdə şəhəri, Təbriz küçəsində yaşayış binasının eyvanının uçması barədə məlumat daxil olub.
FHN-dən Tribunainfo.az-a verilən məlumata görə, dərhal əraziyə nazirliyin Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin eyvanının uçması nəticəsində 1990-cı il təvəllüdlü Əliyeva Turanə Saleh qızının dağıntı altında qaldığı müəyyən olunub.
Nazirliyin qüvvələri operativ xilasetmə tədbirləri sayəsində dağıntı altında qalan qadını xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
Bərdədə yaşayış binasında uçqun olub.
Hadisə Bərdə şəhər Təbriz küçəsində yerləşən iki mərtəbəli yaşayış binasında baş verib.
Binanın eyvan hissəsində baş verən hadisə zamanı uçqun altında bir qadının qaldığı bildirilir.
Hadisə yerinə aidiyyəti qurumun əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tribunainfo.az