Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bərdə şəhəri, Təbriz küçəsində yaşayış binasının eyvanının uçması barədə məlumat daxil olub.
Senzor.az FHN-in Mətbuat Xidmətinə istinadən bildirir ki, məlumatla əlaqədar dərhal əraziyə Nazirliyin Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin eyvanının uçması nəticəsində 1 nəfərin - 1990-cı il təvəllüdlü Əliyeva Turanə Saleh qızının dağıntı altında qaldığı müəyyən olunub.
Nazirliyin qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri sayəsində dağıntı altında qalan vətəndaş xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
**11:48
Bərdədə yaşayış binasının eyvanı uçub.
APA xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.
İlkin məlumata görə, uçqun nəticəsində yaralananlar olub.
Hadisə yerinə FHN-in xilasediciləri və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.