AZ

Dağıntıların altından xilas edilən qadının vəziyyəti AÇIQLANDI- VİDEO - YENİLƏNİB

Bu gün saat 11:30 radələrində 1990-cı il təvəllüdlü şəxs (qadın cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, qasıq sümüyünün sınığı, baş-beyin silkələnməsi, döş qəfəsinin küt travması diaqnozları təyin edilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.(oxu.az)

***

"Bərdə şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının inzibati binasında heç bir uçqun və dağıntı halı qeydə alınmayıb".

Bu barədə Avtosfer.az-a Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə müəssisənin qarşısında yerləşən yaşayış binasının eyvan hissəsində baş verib. Bağçanın binasına hər hansı bir zərər dəyməyib.

***

Bərdədə yaşayış binasının eyvanın uçması nəticəsində bir nəfər dağıntı altında qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bərdə şəhəri, Təbriz küçəsində yaşayış binasının eyvanının uçması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin eyvanının uçması nəticəsində bir nəfər qadının dağıntı altında qaldığı müəyyən olunub.

Nazirliyin qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri sayəsində dağıntı altında qalan

1990-cı il təvəllüdlü Turanə Saleh qızı Əliyeva xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə ediliblər".

***

Bərdədə yaşayış binasının eyvanı uçub.

Avtosfer.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. İlkin məlumata görə, uçqun nəticəsində ölən və yaralananlar olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

 

Seçilən
4
27
avtosfer.az

10Mənbələr