Martın 14-də “Sədərək” firması tərəfindən Sədərək rayonunda həyətyanı sahələrin suvarma suyuna olan tələbatın ödənilməsi məqsədilə qazılan 6 yeni subartezian quyusu istifadəyə verilib. Qeyd edək ki, "Sədərək" firmasının rəhbəri, iş adamı Hacı Ənvər Qədimbəyli tərəfindən rayonda həyətyanı sahələrin suvarma suyuna olan tələbatının tam ödənilməsi üçün, ümumilikdə, 30 subartezian quyusunun istismara verilməsi nəzərdə tutulur. Hazırda işlərin 50 faizi görülüb. Yeni istifadəyə verilən 6 subartezian quyusunun hər birinin su sərfiyyatı saatda 25 kubmetrdir. Tikinti-quruculuq işləri çərçivəsində diametri 200 millimetr borularla 7 kilometr, diametri 110 millimetr borularla isə 1,5 kilometr olmaqla, ümumilikdə, 8,5 kilometr suvarma su xətti də çəkilib. Layihə üzrə işlər davam etdirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta