AZ

Samuxda yeniyetmə qız dəm qazından zəhərləndi

Samuxda zəhərlənmə faktı qeydə alınıb.
 
Moderator.az APA-ya istinadən məlumat verir ki, hadisə rayon ərazisində baş verib.
 
Belə ki, rayon sakini 2008-ci il təvəllüdlü G.Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
 
Dərhal yeniyetməyə yardım edilib. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.
 
Məlumata görə, G.Məmmədova yaşadığı evin vanna otağında zəhərlənib.
Seçilən
25
18
moderator.az

10Mənbələr