AZ

Samuxda yeniyetmə qız dəm qazından zəhərlənib

Samuxda zəhərlənmə faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Belə ki, rayon sakini 2008-ci il təvəllüdlü G.Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal yeniyetməyə yardım edilib. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə G.Məmmədova yaşadığı evin vanna otağında zəhərlənib.

Milli.Az

Seçilən
26
18
milli.az

10Mənbələr