Samuxda zəhərlənmə faktı olub.

Leqal.info xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 2008-ci il təvəllüdlü G.Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal yeniyetməyə yardım edilib. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.

Məlumata əsasən, G.Məmmədova yaşadığı evin vanna otağında zəhərlənib.

Leqal.info