"Gözlədiyimiz kimi çətin oyun alındı. İlk dəqiqələrdən hər iki komanda bir-birindən ehtiyat edirdi, böyük qüvvə ilə hücum etmirdi. Rəqibin vurduğu qola qədər heç bir komandada qol epizodu yox idi. Uzaqdan zərbədən qol vuruldu. Sekidikanın zərbələri yaxşıdır. Rekaşet də oldu, qapımızda qolla nəticələndi. Fasilədə toparlanıb, daha böyük qüvvə ilə irəli atıldıq. Şükürlər olusn ki, qol vurduq. O dəqiqələrdən sonra bir hücum "Sabah"ın, bir hücum "Zirə"nin qapısında idi, bərabər şəraitdə oyun keçirdi. Bəlkə də ədalətli nəticə heç-heçə idi.
Sportal.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 27-ci turunun "Sabah"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- Qış fasiləsindən sonra müsbət tonusda davam edirsiz. İndi çempionatda fasilə yaranır. Bu fasilə sizə necə təsir edəcək?
- Bəzən uğurlu getdikdə, fasilə olmasını istəmirsən. Üçüncü dövrəni uğurlu keçirdik. Bilmirəm fasilə xeyrimizə, ya zərərimizə olacaq. Komanda yorğundur, bəzi futbolçularda bunu hiss etdik. Fasilədən səmərəli istifadə edəcəyik. Beşinci ildir ki, məşqçi işləyirəm. Həlledici dövrə 4-cüdür. Ən vacib mərhələ bizi gözləyir.
- İsmayıl İbrahimlinin milliyə dəvət edilməsi haqda nə deyəcəksiz?
- İsmayılın adına sevindim. Ümid edirəm ki, millidə möhkəmlənər.
- Salifu Sumanın adı son zamanlar çox klublara hallanır. Bunun onun performansına təsiri var?
- Bugünə qədər onq təsir etmirdi. Amma bugünkü oyundan danışırıqsa, açıq-aşkar görünürdü ki, "Sabah" Sumaya qarşı müəyyən tədbirlər görmüşdü. Onun reydlərinin qaşrısı alınırdı. İstəkli idi. Məncə, Sumada daha çox yorğunluq var idi. Əvəz olunmadan ən çox oynayan oyunçudur. Ruan və Qisməti də deyə bilərəm. Fasilənin onun üçün xeyri ola bilər.
- Millinin qarşıdakı iki oyunu haqda fikriniz necədir?
- Yaxşı fürəstdir məşqçi üçün. Burada nəticə o qədər də önəmli deyil. Rəsmi oyunlar öncəsi futbolçuları sınaqdan keçirmək üçün yaxşı fürsət olacaq. Allah qoysa, bu müddət ərzində millimiz səmərəli və faydalı period keçirəcək.
- Ayxan Abbasovun U-21 yığmasına baş məşqçi təyinatı ilə bağlı fikriniz necədir?
- Ayxanın adına və futbolumuz adına sevinirəm. AFFA doğru qərar verdi. Bəlkə də məndən də soruşsaydınız, ən real namizədi, mən də Ayxan Abbasov deyərdim. İki yerdə işləməyə gəlincə, Ayxan üçün müəyyən müsbət tərəfi var. "Şamaxı" avrokuboklara düşməyəcək. Qrafik sıx olmayacaq. Özü də enerjili, gənc məşqçidir.
Mirbağırağa
saytlarin hazirlanmasi