AZ

"Amerikanın Səsi" və "Azadlıq" radiosu fəaliyyətlərini dayandırdı

ABŞ Prezidenti Donald Tramp ABŞ Qlobal Media Agentliyini (USAGM) ləğv etmək əmrindən sonra "Amerikanın Səsi" və "Azadlıq" radiosu fəaliyyətini dayandırıblar.

Bu barədə Bizim.Media "Reuters" agentliyinə istinadən xəbər verir.
 

Bildirilir ki, hökumət təşkilatı olan USAGM-nin tərkibinə "Amerikanın Səsi"("Voice of America") və "Azadlıq" radiosu ("Radio Free Europe/Radio Liberty") daxildir.


"Amerikanın səsi"nin direktoru Maykl Abramovitsin sözlərinə görə, Trampın qərarından sonra radiostansiyanın 1 300-dən çox əməkdaşını məzuniyyətə yollayıblar.

Qeyd edək ki, ABŞ Konqresinin hesabatına əsasən, ötən ilin yekunları üzrə USAGM-nin büdcəsi 886 milyon dollar təşkil edib, 3 500-ə yaxın çox nəfər işə götürülüb.

Bizim.Media

Seçilən
11
41
bizim.media

10Mənbələr