AZ

Ovannisyan XƏBƏRDARLIQ ETDİ “Tezliklə yeni müharibə və itkilər olacaq, Ermənistan məhv ediləcək”

“Ermənistanda mövcud siyasətin davam etdirilməsi yeni müharibəyə və ölkənin özünü məhvinə gətirib çıxaracaq”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın birinci xarici işlər naziri olmuş Raffi Ovannisyan deyib.

O, Ermənistan hakimiyyətinin siyasətini Böyük Britaniyanın baş naziri olmuş Nevil Çemberlenin Adolf Hitleri sakitləşdirmək cəhdi ilə müqayisə edib.

Ovannisyan Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni ətrafında danışıqların başa çatması ilə bağlı müxtəlif ölkələrdən gələn bəyanatlara əhəmiyyət verməməyə çağırıb.

“Nə bu sözlərin, nə də mətnin uzunmüddətli və real sülhə heç bir aidiyyəti yoxdur. Bu, təslim olan tərəfin tamamilə məhv edilməsinə və ya yeni müharibəyə, eləcə də daha çox itkilərə səbəb olacaq”.

Ovannisyanın fikrincə, Ermənistan ATƏT-in Minsk Qrupu və digər beynəlxalq diplomatik qurumlar çərçivəsində subyektivliyini qoruyub saxlayaraq, öz müdafiəsi və suverenliyi haqqında fikirləşməlidir. Onun sözlərinə görə, hazırkı müqavilə Ermənistanı müharibəyə və özünü məhvə sürükləyir.

Qeyd edək ki, martın 13-də İrəvan və Bakının sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqları başa vurduğu məlum olub. Tərəflərin razılaşa bildiyi son iki məqam ümumi sərhəddə üçüncü dövlətlərin qüvvələrinin yerləşdirilməməsi və beynəlxalq məhkəmələrdə iddiaların qarşılıqlı şəkildə rədd edilməsi ilə bağlıdır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
32
32
konkret.az

10Mənbələr