AZ

Mayın 1-dən Azərbaycan-Gürcüstan quru sərhədləri açılır? – “Gözləyirik…”

Bakı-Tbilisi-Bakı dəmir yolu reysinin açılması ilə bağlı hələ ki qərar yoxdur.

Heftelik.az-ın məlumatına görə, bu barədə APA-ya “Azərbaycan Dəmir Yolları” QSC-nin

Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov, reysin mayın 1-dən açılması ilə bağlı Gürcüstan tərəfinin yaydığı məlumata münasibət bildirərkən deyib.

“Açılış barədə xəbər yoxdur. Qonşu tərəf bununla bağlı açıqlama vermişdi. Biz də bununla bağlı məlumat gözləyirik”, – Azər Fərəcov qeyd edib.

Reysin açılışına hazırlıq işlərinə gəlincə, ADY rəsmisi bildirib ki, hazırda hazırlıq işləri bütün istiqamətlər üzrə aparılır:

“Yekun qərar olandan sonra, biz işlərimizi tamamlaya bilərik”.

 

Seçilən
30
10
heftelik.az

10Mənbələr